2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının reqlamenti açıqlanıb.
Qol.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, seçmə mərhələnin oyunları 2022-ci ilin aprelində başlayacaq, iki il sonra aprel ayında başa çatacaq.
Mundialın final mərhələsində iştirak edəcək 24 komandadan 7-si Avropa qitəsinin təmsilçisi olacaq. Əgər 3 il sonra baş tutacaq həlledici mərhələyə evsahibliyi Avropa ölkələrindən birinə verilərsə, seçmə mərhələdən 6 komanda final mərhələsinə vəsiqə qazanacaq.
Seçmə mərhələnin formatı necə olacaq?
Final raunduna qədər oyunlar 5 mərhələdən – ilkin (mini-turnir), əsas (ev və səfər), əsas mərhələ play-off (ev və səfər), elit (ev və səfər) və elit raund pley-offdan (ev və səfər) ibarət olacaq.
İlkin mərhələdə reytin cədvəlinin son 24 pilləsində yer alan komandalar - Moldova, Monteneqro, Albaniya, Kosovo, Türkiyə, Norveç, Danimarka, İsveç, Ermənistan, Almaniya, Yunanıstan, İsrail, İsveçrə, Kipr, Bolqarıstan, Litva, Andorra, San Marino, Estoniya, Malta, Şotlandiya, Cəbəllütariq, Avstriya, Şimali İrlandiya - iştirak edəcək. Bu mərhələnin püşkü bu il dekabrın 7-də, oyunları isə gələn il 4-13 aprel tarixlərində keçiriləcək. Komandalar hər birində 4 iştirakçı olmaqla 6 qrupda mübarizə aparacaq. Qrup qalibləri və ikinci pillənin sahibi olan komandalar əsas mərhələyə vəsiqə qazanacaq.
Millimiz əsas mərhələdən başlayacaq
Əsas mərhələdə 36 komanda iştirak edəcək ki, artıq onlardan 24-ü məlumdur. Millimiz də mübarizəyə bu mərhələdən başlayacaq: İspaniya, Rusiya, Portuqaliya (son qalib), Qazaxıstan, Xorvatiya, Serbiya, Azərbaycan, İtaliya, Çexiya, Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa, Finlandiya, Rumıniya, Slovakiya, Gürcüstan, Belarus, Niderland, Macarıstan, Fransa, Belçika, Latviya və Şimali Makedoniya.
Əsas mərhələnin püşkü gələn il iyulun 6-da atılacaq, oyunlar isə 2023-cu il martın 8-dək yekunlaşacaq. 36 komanda hər birində 3 iştirakçı olmaqla 12 qrupa səpələnəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.
20 komanda 5 qrupda
Elit raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq. 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək