Rəqəmsal transformasiya həyatın bütün aspektləri üçün dünya miqyasında bir hekayəyə çevrilib. Azərbaycan sürətli rəqəmsallaşma prosesində nümunələrdən biri kimi çıxış edir. Nağdsız Azərbaycan – bir neçə il əvvəl başladılan bu proqram indi daha irimiqyaslı bir hərəkata çevrilib.
Mastercard ölkənin ödəniş sahəsindəki rəqəmsallaşmaya və alış-veriş təcrübəsinin inqilabi dəyişikliyinə rəhbərlik edir.
Bugün təhlükəsizlik və məxfiliyə əlavə olaraq, rəqəmsal ödənişlər maliyyə proseslərini asanlaşdırır, şəffaflıq yaradır və ölkə iqtisadiyyatını başqa bir səviyyəyə daşıyır.
“GƏLƏCƏK İNDİDİR”
Təmassız ödənişlər texnologiyaya olan inamın artması fonunda Azərbaycanda getdikcə daha da populyarlaşır. Erdem Çakar, Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri bildirib ki, təmassız ödənişlərin həcmi artıb. Nağdsız Azərbaycan proqramı başlayandan ödəniş kartlarının sayı iki dəfə çoxalıb. “Azərbaycanı nağdsız gələcəyə aparmaqda qərarlıyıq. Buna görə də bütün layihə və planlarımız Rəqəmsal və Nağsız Gələcək üçün infrastruktur yaratmağa xidmət edir. Pandemiya ərzində ölkədə bir neçə layihə həyata keçirdik, hansı ki, nağdsız ödənişlərin sayında artımla nəticələndi və son istifadəçilər arasında məlumat səviyyəsini və etibarı yüksəltdi. Daxili POS -terminallardan istifadənin beş dəfə atması nəticəsində onların dövriyyəsi 2 milyard manatdan 10 milyard manata çatdı, e-ticarətin payı isə 15%-dən 30%-ə yüksəldi.Bu ikiqat artım 4 il ərzində e-ticarət həcmində 10 qat artım deməkdir. Pandemiyanın gəlişi ilə təmassız ödənişlər dar çevrədə istifadə edilən ödəniş üsulundan əksər istifadəçilərin üstünlük verdiyi ödəniş üsuluna çevrildi”, -Erdem Çakar deyib.

“Son 50 ili müqayisə etsək, növbəti 5 il daha çox dəyişiklik vəd edir. Belə ki, 2025-ci ildə mobil internet istifadəçilərinin sayının 5 milyarda çatacağı gözlənilir, hər bir istifadəçinin payına 4.4 cihaz düşəcək, mobil telefondan istifadə müddəti gündəlik 3.6 saat olacaq, evlərdəki ağıllı cihazların sayı 5.4 milyarda çatacaq və ümumilikdə cihazların sayı 25 milyard civarında olacaq. Rusiya, Gürcüstan və Belarus kimi qonşu ölkələrdə edilən hər iki ödənişdən biri mobil cihazlar vasitəsilə təmassız formada edilir. Daha yüksək təmassız mobil cihaz nüfuzetməsi olan ölkələrdə isə ümumi təmassız ödəniş qəbulu 90 faizə çatıb. Deməliyəm ki, Azərbaycandakı POS cihazların 80%-i təmassız ödənişləri qəbul edir və indi smartfonlarda POS cihazıdır. Şamaxıda başladığımız layihədə olduğu kimi, smartfonlar nəqliyyat kartlarına çevriləcək”, -Mastercard-ın Avropa bazarları regionunda biznesin inkişafı və kiber təhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı bildirib.

Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib. Bu həll müştəriləri daha təhlükəsiz, daha etibarlı və xüsusi ödəniş seçimləri ilə təmin edir, yəni onları bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuş və ya nağd pul mübadiləsi kimi əməliyyatlardan azad edir. Müştərinin ödəniş etməsi üçün iPhone smartfonunuvə ya iWatch ağıllı saatını terminala yaxınlaşdırmaq kifayətdir. Apple Pay Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Respublika və Unibank-da mövcuddur. Bu banklar Mastercard kart sahiblərinə öz kartlarını Apple Pay-də tanıtmaq və istifadə etmək üçün üstünlüklər təqdim edəcək. Amma hər şeydən öncə biz, Mastercard olaraq müxtəlif kampaniyalarımız çərçivəsində kart istifadçilərimizə bonuslar verəcəyik: müştərilərimiz Mastercard-ı Apple Pay tətbiqinə əlavə edərək market alış-verişlərində 5 AZN, Azpetrol-da edilən 10 AZN-lik yanacaq ödənişində 2 AZNkəşbək qazanacaq, hər bir Apple Pay istifadəçisinə KFC restoranlarında etdiyi ödənişlərdə isə frenç frayz hədiyyə olunacaq. Tezliklə Cinema Plus-dan da faydalı təkliflərimiz gözlənilir. Mastercard-ı Apple Pay tətbiqinə əlavə edin və kəşbəklər, çoxlu bonuslar və hədiyyələr qazanın.
Mastercard haqqında (NYSE: MA), www.mastercard.com
Masterсard ödəniş sənayesində fəaliyyət göstərən qlobal bir texnologiyaşirkətidir. Bizim missiyamız tranzaksiyaları daha təhlükəsiz, sadə, ağıllı vəəlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyatyaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar, şəbəkələr vətərəfdaşlıqlardan istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə,maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyükpotensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizimmədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.

Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?