"Barselona" Alveşi təqdim etdi

"Barselona" Alveşi təqdim etdi
XƏBƏR 17 Noyabr 2021 / 18:45 2374
-  A +

 "Barselona" sabiq futbolçusu Daniel Alveşin təqdimat mərasimini keçirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Sonradan onun sözləşməsi daha bir 1 il uzadıla bilər. "Kamp Nou" stadionunda keçirilən tədbirdə 10 minə yaxın azarkeş iştirak edib.

Qeyd edək ki, 38 yaşlı Alveş  2008 - 2016-cı illərdə da "Barselona"da çıxış edib.


Son xəbərlər
topaz banner