Koutinyo qalmaq istəyir

Koutinyo qalmaq istəyir
XƏBƏR 16 Noyabr 2021 / 12:41 1849
-  A +

“Barselona”nın futbolçusu Felipe Koutinyo yaxın gələcəkdə klubdan ayrılmağı düşünmür. 

Qol.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi komandada qalıb, daha çox oyun şansı alacağına inanır. 

Kataloniya klubu isə Koutinyonu satmağı və ya icarəyə göndərməyi düşünür. Lakin “Barselona” hələlik braziliyalı oyunçu üçün klub tapmayıb. 

Qeyd edək ki, Koutinyo 2018-ci ildən “Barselona”da oynayır. 


Son xəbərlər
topaz banner