Ağdam işğal olunanda, təqdim etdiyimiz fotolardakı uşaqların çoxu heç dünyaya gəlməmişdi. Onları illər sonra Ağdamdan uzaqda, Bakıda ağdamsızlıq birləşdirdi. Eyni amal, eyni məqsəd uğrunda bir araya gəldilər.
Bir gün Ağdama qayıdacaqlarına əmin idilər. Bu əminlik hətta onların 2014-cü ildə bəstələdikləri mahnıda öz əksini tapdı.
7 il öncə ərsəyə gələn bəstədə deyilirdi: “O günlər gələcək yenə, səbir elə”...
Qol.az xəbər verir ki, bu birləşmə, bütövlük eyni zamanda təbliğat xarakteri də daşıyırdı.
Söhbət Ağdamın “Qarabağ” klubunun çılğın fanatlarından gedir. Onları bir araya gətirən dəyərin adı “İmarət”dir.

Bəlli olduğu kimi, “İmarət” “Qarabağ”ın Ağdamda işğala qədər ev oyunlarını keçirdiyi stadionun adı olub. 2009-cu ilin noyabrında yaradılan azarkeş qrupuna bu adın verilməsi də məhz həmin arenayla bağlıdır.
“İmarət”in tribunalarda səsləndirdiyi müxtəlif şüarlar var. Onlardan ən diqqət çəkənlərdən biri də, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovla bağlıdır.
.jpg)
Allahverdi Bağırov döyüşçü olması ilə yanaşı, vaxtı ilə Ağdam klubunun həm futbolçusu, həm də baş məşqçisi olub. Bu ad “İmarət”çilər üçün çox doğmadır.
Döyüşçü ruhundan irəli gələrək, qarabağlı azarkeşlər özlərinə “Allehverdi Bağırovun əsgərləriyik” deyirlər. Bu səbəbdən “Qarabağ”ın hər oyununda “İmarət”in yer aldığı tribunada Allahverdi Bağırovun şəklini görmək mümkündür.
“İmarət”çilər əbəs yerə özlərinə “Allahverdi Bağırovun əsgərləriyik” demirlər. Bu vətənpərvərlik əməldə də təsdiqini tapıb. Belə ki, “İmarət” Vətən müharibəsində ən aktiv, ən fəal azarkeşlərindən biri Məhəmmədəli İbrahimlini şəhid verib. Bu o Məhəmmədəli idi ki, hər zaman “Qələbə sadəcə inamdır” deyirdi. İndi bu azarkeş qrupunun yer aldığı tribunada Allahverdi Bağırovla yanaşı, Məhəmmədəlinin də şəkli nümayiş olunur.
Vətən müharibəsində qazanılan qələbə həm də, illər sonra “İmarət”in “İmarət”inə qovuşmasına səbəb olub.
.jpg)
“Qarabağ”ın ən yaradıcı və aktiv azarkeş qrupu işğaldan azad olunandan sonra ilk dəfə doğma Ağdama ayaq basıblar. Onların ilk ziyarət etdikləri yer də Allahverdi Bağırovun məzarı, “İmarət” stadionu olub. Ağdamı gəzən gənclər, “İmarət”də futbol oynamağa da fürsət tapıblar. Beləcə, azarkeş qrupunun 12 yaşı anlamlı şəkildə qeyd edilib.
Onlar artıq Ağdamlı ağdamlılar, Qarabağlı qarabağlılardır. Bəstədə deyildiyi kimi - o gün gəldi - “İmarət” “İmarət”də!
Emin Səfərov
(Qafqazinfo.az)

PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək