"Zirə"nin hücumçusu Gürcüstan millisində ilk qolunu vurdu

"Zirə"nin hücumçusu Gürcüstan millisində ilk qolunu vurdu
XƏBƏR 15 Noyabr 2021 / 19:08 3439
-  A +

"Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisində qol hesabını açıb.

Qol.az xəbər verir ki, 26 yaşlı hücumçu Özbəkistanla hazırda keçirilən yoldaşlıq oyununda fərqlənib.

O, matçın 41-ci dəqiqəsində hesabı açıb. Volkov millidə 2-ci matçında qol vurmağı bacarıb. O. DÇ-2022-nin seçmə mərhələsində İsveçlə bir neçə gün əvvəl keçirilən görüşdə millidə debüt etmişdi. 

Qeyd edək ki, Davit Volkov 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.


Son xəbərlər
topaz banner