Premyer Liqa klubunda yeni baş məşqçi

Premyer Liqa klubunda yeni baş məşqçi
XƏBƏR 15 Noyabr 2021 / 12:48 2083
-  A +

"Norviç Siti"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Din Smit çalışdıracaq. 50 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Din Smitin son iş yeri "Aston Villa" olub. O, bir neçə gün öncə istefaya göndərilib və əvəzinə Stiven Cerrard gətirilib. 

Qeyd edək ki, “Norviç Siti” 11 turdan sonra 5 xalla Premyer Liqada sonuncu pillədə qərarlaşır.


Son xəbərlər
topaz banner