Mbappe son 63 ilin ən yaxşısıdır

Mbappe son 63 ilin ən yaxşısıdır
XƏBƏR 14 Noyabr 2021 / 09:58 2593
-  A +

DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstanla matç Fransa millisinin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub. 

Qol.az xəbər verir ki, 22 yaşlı hücumçu sözügedən görüşdə 4 qol vurub. Bununla da Mbappe millinin son 63 ildə poker edən yeganə oyunçusu olub. 

Qeyd edək ki, Fransa ötən gecə Qazaxıstana 8:0 hesabı ilə qalib gəlib. 


Son xəbərlər
topaz banner