Aquero: "90 gün sonra görüşərik"

Aquero: "90 gün sonra görüşərik"
XƏBƏR 12 Noyabr 2021 / 20:20 2680
-  A +

"Barselona"nın futbolçusu Serxio Aquero karyerasını bitirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Qol.az xəbər verir ki, ürəyində problem olduğu üçün müalicə alan 33 yaşlı hücumçu İspaniya mətbuatına açıqlamasında deyib: 

"Bu məlumatlara cavab olaraq deyə biləcəyim tək şey həkimlərin təlimatlarına əməl etməyimdir. Vaxtında müayinələrdən keçirəm. Hazırda yaxşıyam. Müalicəmə davam edirəm. 90 gün sonra görüşərik". 

Qeyd edək ki, Aquero bu mövsüm 5 matçda 1 qol vurub. 


Son xəbərlər
topaz banner