"Siti"nin Keyn planı

"Siti"nin Keyn planı
XƏBƏR 12 Noyabr 2021 / 19:20 1984
-  A +

"Mançester Siti" "Tottenhem"in futbolçusu Harri Keyni sıralarına qatmaqda israrlıdır. 

Qol.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. "Şəhərlilər" 28 yaşlı hücumçu üçün yeni transfer təklifi göndərməyə hazırlaşır. Lakin "Tottenhem" Keyni buraxmaq istəmir. "Siti" qarşı tərəfə 150 milyon sterlinq ödəməyə razıdır. 

"Mançester Siti" yay transfer pəncərəsində də ingiltərəli oyunçunun keçidini həll etməyə çalışsa da, "Tottenhem" buna mane olmuşdu. 

Qeyd edək ki, Keyn bu mövsüm 16 matçda 7 qol vurub. 


Son xəbərlər
topaz banner