Premyer Liqamızın bombardiri millidə debüt etdi

Premyer Liqamızın bombardiri millidə debüt etdi
XƏBƏR 12 Noyabr 2021 / 01:22 2918
-  A +

"Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisinin heyətində ilk matçına çıxıb.

Qol.az xəbər verir ki, 26 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Tbilisidə İsveçlə görüşdə debüt edib. Volkov 70-ci dəqiqədə Tornike Okriaşvilinin əvəzinə meydana daxil olub. Sözügedən qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qeyd edək ki, Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.


Son xəbərlər
topaz banner