“Buraxdığımız ilk qolda rəqibə assist etdik. İkinci topda balans itdi”.
Qol.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla keçirilən son oyun barədə danışarkən deyib.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 1:3 hesabı ilə məğlub olan yığmamız qrupu 1 xalla sonuncu pillədə başa vurub.
Görüşdən sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Jurnalist olsaydınız, bu biabırçılıqdan sonra özünüzə hansı sualı verərdiniz?
- Özümə sual verərdim ki, 70 dəqiqə 10 nəfərlə oynamısınız, özünü necə hiss edirsən? Cavab o olardı ki, çox pis hiss edirəm. Üçüncü qola kimi meydanda bərabər şəkildə mübarizə apardıq. 1:2 hesabından sonra oyuna qayıtdıq, Emin Mahmudov və Rüstəm Əhmədzadənin ifasında iki yaxşı qol imkanımız oldu. Düşünürəm ki, bundan artığını edə bilməzdik. Özümə bir sual da vermək istərdim. Soruşardım ki, Konfrans Liqasında qol vuran Toral Bayramov və Abbas Hüseynov yoxdur, özünü necə hiss edirsən? Onlar komandanın gələcəyi olan iki aparıcı oyunçudur. Uğur üçün vaxt tələb olunur. Böyük uğura nail olmaq üçün proqramlı şəkildə işləmək lazımdır. Özümə bir sual da verə bilərəm. Amma sizin işinizi əlinizdən ala bilərəm.
- Düşünmürsünüz ki, Azərbaycan millisində edə biləcəyinizin maksimumunu etdiniz?
- Mənim rəhbərliyim altında 19 oyun keçirmişik. Düşünmürəm ki, bu azdır və ya çoxdur. Qrupda bizdən güclülər çox idi. Hətta bu gün qarşılaşdığımız Lüksemburq da bizdən güclüdür. İrlandiya ilə oyunda qələbəni son anda əldən vermişdik. Millini çalışdırmaq uzun və çətin işdir. Əminəm ki, 100 yox, 101 faiz gücümü ortaya qoydum. Ola bilər biliyim azdır, bilmirəm. Komandanın inkişafı üçün əlimdən gələn hər şeyi etdim. Uşaqlara həmişə deyirəm ki, qələbə ilə məğlubiyyət arasında fərq çox azdır. Xırda detallar hər şeyi həll edir. Uzun müddət bir yerdə işləməyə çox imkanımız da olmur.
- Hər oyundan sonra deyirsiniz ki, inkişaf üçün vaxt lazımdır. Heç olmasa üç fakt sadalaya bilərsiniz ki, inkişaf var, uğur üçün vaxt lazımdır?
- Biri var oyuna azarkeş, jurnalist kimi baxmaq, biri də var məşqçi kimi. Bunlar fərqli şeylərdir. Bu gün fərqli baxıb, oyunu təhlil etdikdən sonra görə bilərsiniz ki, komandada inkişaf var. Son oyunlarda öz meydanımızda 3 qol buraxdıq. Bu, heç də xoş hal deyil. Amma real yanaşanda inkişaf görünür. Özümüz müdafiədə hədiyyə etdik. Bunlar da nəticəyə təsir edir.
- Müqavilə müddətiniz başa çatmaq üzrədir. Gələcəyinizlə bağlı nə düşünürsünüz?
- Belə bir matçdan sonra bu barədə danışmağın mənası yoxdur. Noyabrın 30-na kimi müqaviləm var. Menecerimlə söhbət olacaq, axırda AFFA rəhbərliyi qərarını verəcək.
- Millətlər Liqasında Lüksemburqla görüşdə Mahir Emreli, bu gün isə Tellur Mütəllimov qırmızı vərəqə aldı. Bu, təsadüfdür?
- Telluru görməmişəm, onunla bağlı bu barədə danışmamışam. Hakimdən razı qalmadım, bizə absurd sarı vərəqələr verdi. Tellurun epizodunda qırmızı vərəqə var idi. Amma rəqibin kobudluqları zamanı sarı vərəqə vermirdi. Taktiki baxımdan yaxşı oyun keçirdiyimizi fikirləşirəm. Mənə maraqlıdır, 11-11-ə qalsaydıq, nəticə necə olardı? Çünki oyunçular çox yaxşı motivasiya olunmuşdular. Ölkədəki bayram ab-havasını davam etdirmək istəyirdik. Amma 10 nəfərlə qaldıqdan sonra oynamaq çətin idi. (apasport.az)
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?