“Səbail”in futbolçusu Liberiya millisinə dəvət aldı

“Səbail”in futbolçusu Liberiya millisinə dəvət aldı
XƏBƏR 11 Noyabr 2021 / 16:07 1183
-  A +

“Səbail”in futbolçusu Camal Araqo Liberiya milli komandasına dəvət alıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, Camal Araqo Qananın U-17 və U-20 milli komandalarında çıxış edib. Lakin baba-nənə xətti ilə liberiyalı olan 28 yaşlı müdafiəçi həmin milli komandada oynamağa qərar verib.

Klubun yaydığı digər xəbərə görə, Domantas Şimkus isə Litva milli komandasına dəvət alıb.
 


Son xəbərlər
topaz banner