Kyellini və İmmobile də heyətdən çıxarıldı

Kyellini və İmmobile də heyətdən çıxarıldı
XƏBƏR 10 Noyabr 2021 / 20:22 2369
-  A +

DÇ-2022-nin seçmə mərhələsində İsveçrə və Şimali İrlandiya yığmalarıyla qarşılaşacaq İtaliya millisi daha iki itki ilə üzləşib.

Qol.az  "Tuttosport"a istinadən xəbər verir ki, “Latsio”nun hücumçusu Çiro İmmobile və "Yuventus"un müdafiəçisi Corco Kyellini də zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb.

İmmobilenin əvəzində milliyə “Sassuolo”da çıxış edən Canluka Skamakkanı dəvət alıb.

Xatırladaq ki, İtaliya yığmasında daha öncə “Roma”nın iki yarımmüdafiəçisi – Nikolo Zaniolo ilə Lorenso Pelleqrini zədə səbəbindən heyətdən çıxarılmışdı.

İtaliya millisi noyabrın 12-də İsveçrə yığmasını qəbul edəcək, bundan üç gün sonra isə səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.


Son xəbərlər
topaz banner