Benzema millidən qovulmayacaq

Benzema millidən qovulmayacaq
XƏBƏR 10 Noyabr 2021 / 14:55 2400
-  A +

Fransa millisinin və "Real"ın futbolçusu Kərim Benzemanın Matteyis Valbuenanı şantaj etməsi ilə bağlı məhkəmənin qərarı onun yığma komandadakı karyerasına təsir göstərməyəcək. 

Qol.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrö danışıb. O istənilən halda 33 yaşlı hücumçunun millidən qovulmayacağını bildirib. 

Məsələ ilə əlaqədar məhkəmənin qərarı noyabrın 24-də açıqlanacaq. 

Benzema yığmadakı sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılmışdı. Daha sonra o, Avro-2020-yə görə yenidən milliyə çağırılıb.


Son xəbərlər
topaz banner