Futbolçular Sulşerin qovulmasını istəyirlər

Futbolçular Sulşerin qovulmasını istəyirlər
XƏBƏR 10 Noyabr 2021 / 11:23 1979
-  A +

"Mançester Yunayted"in futbolçuları və işçi heyəti baş məşqçi Ole-Qunnar Sulşerin qovulmasını istəyir. 

Qol.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Oyunçular və digər işçilər 48 yaşlı mütəxəssisin vəziyyəti düzəldəcəyinə və komandanı gücləndirəcəyinə inanmır. Buna görə də onlar baş məşqçi vəzifəsinə yeni mütəxəssisin gətirilməsinin tərəfdarıdırlar. 

Klub isə hələlik norveçli çalışdırıcı ilə yolları ayırmağı düşünmür. 

Qeyd edək ki, Sulşer 2018-ci ildən "qırmızı şeytanlar"a baş məşqçilik edir. 


Son xəbərlər
topaz banner