Türkiyə millisində ciddi itki

Türkiyə millisində ciddi itki
XƏBƏR 9 Noyabr 2021 / 16:05 2583
-  A +

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində Cəbəllütariq və Monteneqro ilə matçlar öncəsi ciddi itki ilə üzləşib. 

Qol.az xəbər verir ki, yığmanın futbolçularından Cengiz Ünder zədələnib. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Ünder millinin heyətindən kənarlaşdırılıb. 24 yaşlı yarımmüdafiəçinin əvəzinə "Qalatasaray"dan Barış Alper Yılmaz yığmaya cəlb olunub.

Qeyd edək ki, Türkiyə millisi noyabrın 13-də Cəbəllütariq, 16-da isə Monteneqro ilə qarşılaşacaq.


Son xəbərlər
topaz banner