Premyer Liqa matçında qeyri-adi etiraz

Premyer Liqa matçında qeyri-adi etiraz
XƏBƏR 8 Noyabr 2021 / 19:15 4365
-  A +

Şotlandiya Premyer Liqasının 13-cü turunda keçirilən “Dandi” – “Seltik” matçında meydan sahiblərinin azarkeşləri qarşılaşmanın gec başlamasına səbəb olublar.

Qol.az xəbər verir ki, fanatlar oyunun start fiti səsləndikdən sonra “Seltik”in qapıçısı Co Hartın qapısına tərəf yüzlərlə tennis topu atıblar. Nəticədə, oyun üç dəqiqə gec başlayıb.

Hadisəyə səbəb “Dandi” fanatlarının polis işçisi Bernard Hiqqinslə keçmişdə yaşanan bir qalmaqala etiraz etmək istəməsi olub. Məsələnin təfərrüatları açıqlanmayıb.

“Dandi” – “Seltik” matçı qonaqların 4:2 hesablı qələbəsiylə başa çatıb.


Son xəbərlər
topaz banner