Nuriyevin komandası "Şaxtyor"a uduzdu

Nuriyevin komandası "Şaxtyor"a uduzdu
XƏBƏR 8 Noyabr 2021 / 18:08 3347
-  A +

Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” doğma meydanda Donetsk “Şaxtyor”una 1:3 hesabı ilə uduzub.

Nuriyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Kolos” 13 turdan sonra 11 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner