"Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 7-ci turunda “Səbail”ə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransı keçirib.
Qol.az saytının məlumatına görə, o bildirib ki, millinin oyunları ilə əlaqədar yaranan fasilədə yaxşı hazırlıq prosesi keçiblər: "Həm psixoloji, həm də emosional cəhətdən bizə lazım olan məqamlara diqqət yetirdik. “Qarabağ” və “Sabah”la oyunlarda xarakter göstərməyimiz bizi sevindirmişdi. Xarakter formalaşdırmaq asan deyil. Bəlkə də, məğlubiyyətlər komandada belə bir xarakter yaratdı".
“Səbail”lə matç haqda danışan gənc mütəxəssis rəqibin meydançasında oynamağın hər iki komanda üçün asan olmadığını söyləyib: "Ancaq maraqlı mübarizə alındı. “Səbail”də də Aftandil Hacıyev çox yaxşı komanda qurub. Hər iki komanda ilk dəqiqədən sona qədər meydanda dayanmadı. Birinci hissədə daha çox qol imkanımız oldu. Dəyərləndirsəydik, bəlkə bizim üçün daha asan olardı. Qəbələ bizə çox lazım idi”.
S.Qurbanov mövsümün əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra “qara zolaq”dan çıxdıqlarını düşünür: “Yaxşı günlər yaşamadıq. Amma bu o demək deyil ki, oyundan-oyuna nəsə dəyişəcək. Sadəcə, yanaşmamızı dəyişməməliyik. Uduzduğun zaman yeni həftəyə neqativ halda başlayırsan. Ancaq qələbə qazandığın zaman işlədiyin plan dəyişməz olaraq qalır. Bunu da pozitiv həyata keçirməyə çalışırsan. Bu yöndə çox fərq edir. Qələbə qazanmaq bizim məsuliyyətimizi artırır. İşə tam köklənmək mənim əsas prinsipimdir. Futbolçulara da çatdırırıq ki, həyatımızı tam təşkil edən futbol olmalıdır. Ona heç nə maneçilik törədə bilməz”.
O, cəzası başa çatan hücumçu Anatole Abanqın ikinci hissədə meydana çıxmasının fiziki durumla əlaqəli olmadığını söyləyib. O, forvardın aqressiv oynaması ilə bağlı da fikirlərini bölüşüb: “Abanq komanda ilə məşqlər edir. “Sumqayıt”la yoxlama görüşündə də meydana start heyətində çıxmışdı. Sadəcə, bu gün planımız onun ikinci hissədə mübarizəyə qoşulması yönündə idi. Onu ikinci hissəyə saxlamışdıq, şükürlər olsun ki, ümidlərimizi doğrultdu. Aqressiv, sürətli futbolçudur. Bilirdik ki, bu görüşdə təkbətək epizodlar çox olacaq. Xüsusən də, ikinci hissədə. Təkbətək epizodlardan üstün ayrılmaq üçün iri cüssəli futbolçuya ehtiyacımız var idi. Bu da ikinci hissədə gözləntilərimizi doğrultdu”.
Bugünkü oyunu buraxacaq
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
Arda Gülerin möhtəşəm qolu, Türkiyənin məğlubiyyəti - Video
ÇL-də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi