“Zirə” - “Neftçi”: 23-cü duel

“Zirə” - “Neftçi”: 23-cü duel
XƏBƏR 19 Avqust 2021 / 15:55 1233
-  A +

Bu həftə Azərbaycan Premyer Liqasında 2-ci turunda “Zirə” öz meydanında “Neftçi” ilə üz-üzə gələcək.

Qol.az "Zirə"nin rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, bu, iki komanda arasında Premyer Liqa çərçivəsində 23-cü qarşılaşma olacaq.

Əvvəlki görüşlərdə üstünlük "Zirə"nin tərəfindədir. 22 oyunda 11 qələbə qazanan “Zirə” 6 dəfə bir xalla kifayətlənib və yalnız 5 dəfə uduzub. Top fərqi də qartalların xeyrinədir – 23:22.

Bu üstünlük “Neftçi” ilə ev matçlarında da öz əksini tapıb. Öz meydanındakı 11 görüşdə 8 qələbəsi olan “qartallar” 1 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqində isə komanda öndədir – 12:5.


Son xəbərlər
topaz banner