Yeni transfer "Zirə"yə görə Niderlandda oynamaqdan imtina edib

Yeni transfer "Zirə"yə görə Niderlandda oynamaqdan imtina edib
XƏBƏR 19 Avqust 2021 / 11:35 2088
-  A +

"Zirə"nin yeni transferi Loris Broqnonun Niderlandda oynamaq variantı olub.

Qol.az "Bndestem" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisindən əvvəl "Nak Breda" 28 yaşlı yarımmüdafiəçini transfer etmək istəyib.

Ancaq "Zirə" ona Breda klubuna nisbətən daha yüksək maaş təklif etdiyi üçün belçikalı futbolçu Azərbaycanda oynamağı üstün tutub.

Qeyd edək ki, "Zirə" L.Broqno ilə 2 illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner