"Neftçi" "Fənərbaxça"dan aşkar zəifdir"

"Neftçi" "Fənərbaxça"dan aşkar zəifdir"
XƏBƏR 19 Avqust 2021 / 10:59 3383
-  A +

HİK-ın (Finlandiya) baş məşqçisi Toni Koskela Avropa Liqasının pley-off mərhələsində "Fənərbaxça" ilə oyun öncəsi "Neftçi" ilə (2:2, 3:0) matçları xatırladıb.

Qol.az "HS"a istinadən xəbər verir ki, o, Avroliqadan kənarlaşdırdıqları Bakı klubu ilə bağlı deyib:

"Cavab  görüşünün ilk hissəsində "Neftçi"yə qarşı bu mövsüm ən zəif oyunumuzu göstərdik. İstanbula son matçda oynayan bütün oyunçuları gətirdik. Əvvəlki rəqiblərimiz “Fənərbaxça” və “Malmö” güclü komandalardır, onları müqayisə etmək çətindir. Təbii ki, “Neftçi” açıq futbol oynayan “Fənərbaxça”dan aşkar zəifdir. Ancaq Türkiyə klubunun necə oynadığını bildiyimiz üçün onlara qarşı hazırlaşmaq daha asandır”.


Son xəbərlər
topaz banner