"İsrailə sərfəli nəticə ilə gedəcəyik" - Mert Çelik

"İsrailə sərfəli nəticə ilə gedəcəyik" - Mert Çelik
XƏBƏR 18 Avqust 2021 / 20:12 2206
-  A +

“Neftçi”nin müdafiəçisi Mert Çelik Konfrans Liqasının pley-off mərhələsində Hayfa “Makkabi”si ilə sabahkı oyun öncəsi keçirilən mətbuat konfransında iştirak edib.

Qol.az xəbər verir ki, o, meydana qələbə üçün çıxacaqlarını deyib: “Sabahkı oyunun nə qədər çətin olduğunu bilirik. Çox yaxşı hazırlaşmışıq. Rəqibin kimliyi önəmli deyil. Öz meydanımızda meydana çıxacağıq. İnşallah, İsrailə sərfəli nəticə ilə gedəcəyik.

Hər gün özümü inkişaf etdirməyə çalışıram. Bir hədəfim var, bu yöndə çalışıram. Baş məşqçimiz mənə daha çox şans verir. Mən də bundan yararlanmaq istəyirəm”.


Son xəbərlər
topaz banner