"Fikrimcə, bizi çox çətin oyun gözləyir. Bu, pley-off mərhələsidir. Burada adi oyun olmur. Evdə çox yaxşı mübarizə aparan komandaya qarşı oynayacağıq. Ona görə də işimiz asan olmayacaq".
Bunu İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis "ağ-qaralar"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına qarşı matçlarını izlədiklərini bildirib: "Onlar "Dinamo" ilə matçın favoriti idilər. Buna görə də mərhələni keçdilər. Nəticə bizim üçün sürpriz olmadı. Nəzərə alsaq ki, həmin görüşlər "Neftçi" üçün ilk matçlar idi. Bu gün komanda daha yaxşı vəziyyətdədir".
Baxar Namik Ələskərovun "Neftçi"dən gedişini özləri üçün üstünlük saymadığını söyləyib: "Deməzdim ki, bu amil bizim işimizi asanlaşdıracaq. "Neftçi" özü güclü kollektivdir. Biz bir oyunçuya deyil, bütün kollektivə qarşı hazırlaşırıq".
Onun sözlərinə görə, Bakı klubunu analiz etmək üçün kifayət qədər vaxtları olub: "Sabahkı görüşə tam hazırıq. "Neftçi"nin heyətində həm istedadlı, həm də liderlik keyfiyyətlərinə malik futbolçular var. Bu da rəqibi daha güclü edir".
Qeyd edək ki, avqustun 19-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Makkabi" (Hayfa) görüşü saat 21:00-da başlayacaq (Report).
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var