Markao Keremi niyə vurub?

Markao Keremi niyə vurub?
XƏBƏR 18 Avqust 2021 / 10:59 5658
-  A +

"Qalatasaray"ın futbolçuları Markao və Kerem Aktürkoğlu arasında "Giresunspor"la (2:0) matçdan sonra baş verən qarşıdurmanın səbəbi məlum olub.

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Belə ki, sözügedən oyunda mübahisə yaranmasına səbəb Kerem Aktürkoğlunun Markaoya "sus" deməsi olub. Markao görüşdə komanda yoldaşına bir neçə dəfə öz mövqeyinə keçməsini tövsiyyə edib. O, bunun qarşılığında Keremden "sus" - deyə cavab alıb. Daha sonra isə Markao "Sən kapitansan? Mənə niyə sus deyirsən" söyləyərək, Aktürkoğlunun üzərinə gedib. O, komanda yoldaşına kəllə atıb, ardınca isə ona iki yumruq zərbəsi endirib. Buna görə hakim Markaoya qırmızı vərəqə göstərərək onu meydandan qovub.

Qeyd edək ki, Markaonun bu hərəkəti komanda yoldaşları və azarkeşlər tərəfindən müsbət qarşılanmayıb.

Son xəbərlər
topaz banner