"Milan"ın yeni yarımmüdafiəçi hədəfi

"Milan"ın yeni yarımmüdafiəçi hədəfi
XƏBƏR 17 Avqust 2021 / 13:35 2011
-  A +

"Milan" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Qol.az goal.com-a istinadən xəbər verir ki, MOİK-in (Moskva) oyunçusu Nikola Vlaşiçi transfer etməyi planlaşdırır. 23 yaşlı yarımmüdafiəçinin Avro-2020-dəki çıxışı "Milan"ın diqqət mərkəzinə düşməsinə səbəb olub. Klub Xorvatiya millisinin üzvünü birdəfəlik almağı sınayacaq. Bu. gerçəkləşməyəcəyi təqdirdə "Milan" onu icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, Vlaşiç 2019-cu ildən MOİK-də çıxış edir.

Son xəbərlər
topaz banner