AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
XƏBƏR 17 Avqust 2021 / 12:05 799
-  A +

Avqustun 19-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasın Gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi

2. Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi

3. 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi

4. Digər məsələlər


Son xəbərlər
topaz banner