Məşhur klub Almaniya kubokundan kənarlaşdırıldı

Məşhur klub Almaniya kubokundan kənarlaşdırıldı
XƏBƏR 17 Avqust 2021 / 11:48 2781
-  A +

"Volfsburq" Almaniya Kubokundan kənarlaşdırılıb.

Qol.az xəbər verir ki, buna səbəb komandanın məşqçilər heyətinin avqustun 8-i 1/8 finalda "Proyssen"lə görüşdə 6 əvəzetmə etməsidir. Qaydalara görə isə bu turnirdə yalnız 5 əvəzetməyə icazə var. Nəticədə "Volfsburq" əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün əlavə vaxtında 3:1 hesabı ilə qalib gəlsə də, yarışdan diskvalifikasiya edilib.

"Proyssen"in etirazından sonra isə Almaniya Futbol İttifaqı komandanı 2:0 hesablı qələbəyə layiq görüb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner