"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin"in kapitanı Skott Braun Ağdam təmsilçisi ilə keçirəcəkləri matçlar barədə danışıb.
Qol.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Liqa Kubokunda "Reyt Rovers"ə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra "Heraldscotland"a açıqlamasında deyib:
"Bu, bizim üçün çox böyük oyundur. Məğlubiyyəti unutmalı və yalnız "Qarabağ"la matça diqqət yetirməliyik. Beynəlxalq fasiləyə qədər hər oyun bizim üçün vacibdir. Səfərdə yaxşı nəticə əldə etməyə ehtiyacımız var. Sərfəli hesabı qorumalıyıq ki, onlara həm səfərdə, həm də Şotlandiyada necə oynadığımızı göstərək".
6 il əvvəl "Seltik"in heyətində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ı məğlub etməyi bacaran (ilk oyun - 1:0, cavab matçı - 0:0) Braun təmsilçimizin həmin vaxtdakı heyəti ilə hazırkı tərkibi arasında əhəmiyyətli fərq olduğunu bildirib:
"Cümə axşamı qarşılaşacağımız komanda 6 il əvvəlkindən ilə kəskin fərqlənir. Həmin oyunda təxminən 22 min nəfərlik izdiham və yaxşı bir atmosfer var idi. Meydança yumşaq idi. Orada futbol oynamaq istəyən yaxşı komanda var idi. Maraqlı mübarizə keçmişdi. Qrup mərhələsinə düşmək istəyirsinizsə, yaxşı komandalara qarşı oynamalı və onları məğlub etməlisiniz. "Qarabağ" da belə komandadır.
Qeyd edək ki, avqustun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu 20:00-da başlayacaq. Cavab matçı isə avqustun 26-sı Şotlandiyada olacaq.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var