"Qarabağ"ın rəqibi stadionunu vaksinasiya mərkəzi etdi

"Qarabağ"ın rəqibi stadionunu vaksinasiya mərkəzi etdi
XƏBƏR 16 Avqust 2021 / 21:55 1908
-  A +

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Aberdin” (Şotlandiya) ev oyunlarını keçirdiyi “Pittodri” stadionunu vaksinasiya mərkəzi edib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu gündən etibarən arenada koronavirusa qarşı peyvəndləmə məntəqəsinin fəaliyyət göstərəcəyi bildirilib.
 
Qeyd edək ki, “Aberdin”lə “Qarabağ” arasındakı ilk matç avqustun 19-da Bakıda keçiriləcək. Komandalar arasındakı cavab oyunu avqustun 26-sı Şotlandiyada olacaq.

Son xəbərlər
topaz banner