Avropa Superliqasından ayrılan klublar geri qayıdır

Avropa Superliqasından ayrılan klublar geri qayıdır
XƏBƏR 16 Avqust 2021 / 18:51 5125
-  A +

Avropa Klublar Birliyi Avropa Superliqasını təşkil etmək istəyən, lakin sonra geri çəkilən 9 klubu geri götürməyə razı olub.

Qol.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb. Avropa Klublar Birliyi sözügedən layihənin yaradıcılarından olan, lakin sonra geri çəkilən klubların yenidən quruma qatılmasına icazə verib. Bunlar “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Atletiko” (İspaniya), “Milan” və “İnter”dir (hamısı İtaliya).

Qeyd edək ki, Avropa Superliqasını yaradan 12 klubdan yalnız 3-ü - "Yuventus", "Barselona" və "Real" layihədən geri çəkilməyi düşünmür.

Son xəbərlər
topaz banner