Şkrtelin yeni klubu

Şkrtelin yeni klubu
XƏBƏR 16 Avqust 2021 / 16:40 2876
-  A +

“Liverpul”un və Slovakiya milli komandasının sabiq futbolçusu Martin Şkrtelin yeni klubu məlum olub.

Qol.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ölkəsinin “Spartak” klubuna keçib. Bu barədə Trnava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şkrtellə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, karyerası ərzində İngiltərədə “Liverpul”, Rusiyada “Zenit”, İtaliyada “Atalanta”, Türkiyədə “Fənərbaxça” və “Başakşəhər” kimi klublarda çıxış edən futbolçu Slovakiya yığmasında 104 oyuna çıxıb.


Son xəbərlər
topaz banner