Mişi Batşuayi "Beşiktaş"da

Mişi Batşuayi "Beşiktaş"da
XƏBƏR 15 Avqust 2021 / 19:34 3691
-  A +

"Beşiktaş" hücum xəttini gücləndirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"nin hücumçusu Mişi Batşuayini icarəyə götürüb.

Belçika millisinin üzvü 1 il "qara qartallar"da çıxış edəcək. 

Qeyd edək ki, Batşuayi ötən mövsümü İngiltərənin "Kristal Pelas" klubunda icarədə keçirib. O, meydana çıxdığı 20 matçda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner