Lukaku "İnter"lə vidalaşdı

Lukaku "İnter"lə vidalaşdı
XƏBƏR 15 Avqust 2021 / 14:59 2160
-  A +

"İnter"dən ayrılaraq "Çelsi"yə keçən Romelu Lukaku Milan təmsilçisi və azarkeşləri ilə vidalaşıb.

Qol.az xəbər verir ki, o, öz Tvitter hesabında etdiyi paylaşımda yazıb:

"Əziz "İnter" azarkeşləri, məni yaxınınız olaraq qəbul etdiyiniz üçün təşəkkür edirəm. Sayənizdə mən və ailəm özümüzü Milanda evimizdəki kimi hiss etdik. Şərtsiz dəstəyinizə və sevginizə, ilk mövsümdən bəri verdiyiniz motivasiyaya görə təşəkkür edirəm. Həmçinin kluba da təşəkkür edirəm".

Qeyd edək ki, Lukaku "Çelsi" ilə 5 illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner