Mahir oynadı, "Legiya" qələbə qazandı

Mahir oynadı, "Legiya" qələbə qazandı
XƏBƏR 15 Avqust 2021 / 00:40 7257
-  A +

Polşa çempionatında 4-cü turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya”  səfərdə “Varta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 75-ci dəqiqədə meydana buraxılıb.
 
Dörd turdan sonra 6 xalı olan “Legiya” 18 komanda arasında 6-cı pillədə qərarlaşıb. Varşava təmsilçisinin ehtiyatda da bir oyunu var.

Son xəbərlər
topaz banner