"Barselona" Pikenin sayəsində...

"Barselona" Pikenin sayəsində...
XƏBƏR 14 Avqust 2021 / 15:59 4597
-  A +

"Barselona" futbolçuları Memfis Depay, Erik Qarsiya və Ray Manaini satmaqdan imtina edib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kataloniya təmsilçisi sözügedən futbolçuların adını La Liqanın yeni mövsümü üçün iştirak ərizəsinə daxil edib.

Bu, klubun digər oyunçusu Jerar Pikenin sayəsində mümkün olub. 34 yaşlı müdafiəçi "Barselona"nın onun maaşının azaldılması ilə bağlı təklifinə müsbət cavab verib. Beləliklə, klubun büdcə problemi müəyyən miqdarda həll olunub. Nəticədə klub Depayı, Qarsiyanı və Manaini komandada saxlamaq qərarına gəlib.

Son xəbərlər
topaz banner