Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda yarışacaq.
Qol.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 final mərhələsində uduzduğu nigeriyalı Blessinq Oborududu finala yüksəldiyi üçün Manolova təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
***
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşlərə qatılacaq.
Qol.az xəbər verir ki, idmançının 1/4 finalda uduzduğu Akjol Mahmudov (Qırğızıstan) yarımfinalda Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib. A.Mahmudovun finala yüksəlməsi sayəsində R.Hüseynov təsəlliverici görüşlərə qatılmaq hüququ qazanıb.
Qeyd edək ki, təsəlliverici görüşlər avqustun 3-də keçiriləcək.
***
Bu gün Azərbaycan güləşçiləri Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.
Qol.az xəbər verir ki, 77 kq. çəkidə yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudovla (Qırğızıstan) görüşüb. Güləşçimiz 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Bu gün qadın güləşçimiz Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib. Manolova rəqibinə 13:2 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi