"Real"ı "Mançester Yunayted"ə dəyişir

"Real"ı "Mançester Yunayted"ə dəyişir
DÜNYA FUTBOLU 18 İyul 2021 / 15:18 3176
-  A +

"Real"ın müdafiəçisi Rafael Varan karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Qol.az "The Times"ə istinadən xəbər verir ki, fransalı futbolçu "Mançester Yunayted"ə keçəcək. Onun "MY"-in 5 illik müqavilə təklifini qəbul etdiyi bildirilib. Klublar bu transferlə bağlı razılığa gəlsə, tezliklə keçid rəsmiləşəcək.

İspaniya mətbuatı "Real"ın Varanı satmağa müsbət yanaşdığını yazıb.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan 28 yaşlı futbolçu 2011ci ildən Madrid klubunda çıxış edir.


Son xəbərlər