"Seltik" ona tapşırıldı

"Seltik" ona tapşırıldı
DÜNYA FUTBOLU 10 İyun 2021 / 15:18 1459
-  A +

"Seltik"in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az Şotlandiya klubunun saytına istinadən xəbər verir ki, Neil Lennonun istefasından sonra boş qalmış bu vəzifəyə Anqe Postekoqlu təyin olunub. 55 yaşlı yunan mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Seltik" ardıcıl 9 dəfə ölkə çempionu olduqdan sonra ötən mövsüm liqanı 2-ci pillədə tamamlayıb. "Reyncers" liqanın qalibi adına yiyələnib.


Son xəbərlər