Azərbaycanlı futbolçuların komandası elitanı tərk etdi

Azərbaycanlı futbolçuların komandası elitanı tərk etdi
XƏBƏR 7 May 2021 / 00:15 2519
-  A +

Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda doğma meydanda Donetsk “Şaxtyor”u ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.
 
Zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşdə oynamayıb. Rüstəm isə 59-cu dəqiqədə meydana daxil olub.
 
“Minay”ın bu məğlubiyyətdən sonra elitanı tərk edəcəyi dəqiqləşib. Hazırda 18 xalla sonuncu pillədə olan komanda son turda qalib gəlsə, "Olimpik" uduzsa belə, klublar arasındakı oyunların nəticələrinə əsasən, "Minay" yenə sonuncu pillədə qalacaq.

Beləliklə, futbolçularımızın komandası gələn mövsümdən birinci liqada oynayacaqlar.

Xatırladaq ki, bukmeyker kontorlarında matça anormal dərəcədə pul qoyuluşu səbəbindən "Minay" əvvəlcə "Şaxtyor"la oyuna çıxmaqdan imtina edib. Lakin sonra görüş 30 dəqiqədən çox gecikmə ilə başlayıb.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner