"Real" futbolçusu Eden Hazardı yayda satmaq istəyir.
Qol.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. Baş məşçqi Zinəddin Zidan 30 yaşlı hücumçunu komandada saxlamamağı qərara alıb.
Belçikalı oyunçu bundan 1 gün əvvəl - ötən gün Çempionlar Liqasının yarımfinalında "Çelsi"yə uduzduqları görüşdə (0:2) sabiq komanda yoldaşları ilə birgə sevindiyi üçün də tənqid olunur.
Qeyd edək ki, Hazard "Real"a məhz 2019-cu ildə "Çelsi"dən keçib.