Kasilyasın səhhəti pisləşdi

Kasilyasın səhhəti pisləşdi
XƏBƏR 5 May 2021 / 19:51 3134
-  A +

"Real"ın sabiq qapıçısı İker Kasilyasın səhhəti yenidən pisləşib.

Qol.az xəbər verir ki, bu barədə "Elmundo" nəşri məlumat yayıb. 39 yaşlı keçmiş qolkiper aprelin  28-i gecə saatlarında ürəyində kəskin ağrılarla və sürətli döyüntü ilə bağlı həkimə müraciət edib. Kasilyas müayinə olunub. Lakin onda infarkt riski aşkarlanmayıb. Buna görə də Kasilyas səhər saatlarında klinikanı tərk edib.

Qeyd edək ki, İker Kasilyas 2019-cu ildə "Portu"nun məşqində infarkt keçirib və əməliyyat olunub. O, 2020-ci ildə karyerasını bitirib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi