“Mən ilk növbədə sadəcə bir insanam. Daha sonra futbolçuyam. İstəyirəm ki, əvvəlcə məni yaxşı insan və ata kimi tanısınlar. Mən müasir futbol haqqında bildiklərimi başqaları ilə paylaşmaq istəyirəm. Xüsusi ilə də biznes tərəfini. Düzdür, hazırda biznesi yox, yaxşı insan olmağı fikirləşirəm”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Keysuke Honda klubun televiziyasında yayımlanan “Həmsöhbət” verilişində deyib.
Bir qoluna Yaponiya vaxtını, digər qoluna da yerli zamanı göstərən saat taxan 35 yaşlı hücumçu bunun səbəbini belə açıqlayıb: "Saatlarımı evdə unutmuşam. Çox təəsüf ki, üstümdə deyil. Gələn dəfə müsahibə verəndə hər iki saatımı gətirəcəyəm. Təbii ki, zarafat edirəm. Bu, mənim üslubumdur. Mən dəbi sevirəm. Xüsusilə də saatlar çox xoşuma gəlir".
Oyunçu Bakı klubuna keçidi haqqında növbəti dəfə danışıb: “Pandemiyanın başlanmasından sonra klub tapmaq həqiqətən də çətin məsələ oldu. Mən özümə uyğun komanda tapa bilmirdim. O vaxt həmçinin bir neçə liqada transfer pəncərəsi artıq bağlanmışdı. Bəzi çempionatlarda isə transfer pəncərəsi açıq idi. Mən də bu variantlardan birini seçməli idim. Yaponiyaya qayıtmaq istəmirdim. Gənc olanda orada 3 il oynamışdım. Mən yeni çağırış gözləyirdim. "Neftçi"ni seçdim. Burada çempion olmaq üçün şansım var. Bu imkan məni həyəcanlandırır. "Neftçi"dən təklif gəldi, mən də fikirləşib, qəbul etmək qərarını verdim. Xoşbəxtəm ki, buradayam. Ağ-qara rənglərdən xoşum gəlir. Burada sırf pula görə oynamıram. Sadəcə, karyeramı davam etdirirəm. Fəxr edirəm ki, böyük klubda oynayıram. "Neftçi"nin prezidentindən maaşımı soruşa bilərsiniz”.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video