Qvardioladan qələbə şərhi

Qvardioladan qələbə şərhi
XƏBƏR 5 May 2021 / 09:38 3347
-  A +

“Bu qələbə hamımız üçün, bütün klub üçündür. İnanılmaz dərəcədə qürur duyuram. İlk düşüncələrim bu gün meydana çıxmayan futbolçularla bağlı idi. Hamısı oynamağa layiq idi. Hamı bu qələbəyə töhfə verdi”.

Qol.az BBC-yə istinadən xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalında PSJ-yə qalib gəldikləri cavab matçından (2:0) sonra deyib. 49 yaşlı mütəxəssis finala vəsiqə qazanmalarını belə şərh edib:

“Çempion olmaq və finala hazırlaşmaq üçün 2-3 həftə vaxta ehtiyacımız var. “Barselona” və “Bavariya”nı məğlub edən komandaya qarşı iki matçın cəmində 4:1 hesabı ilə qalib gəlmək bizim üçün çox şey deməkdir. PSJ hər il Liqa 1-in çempionu olur. Onlar sona qədər mübarizə apardılar. PSJ güclü komandadır, amma biz də bütün komanda ilə mübarizə apardıq və finala çıxdıq. İnsanlar finala çıxmağın asan olduğunu düşünürlər. Bu futbolçular daim yüksək səviyyədə işləyirlər. Bu turnirdə qalib gəlmək çox çətindir və bunların göydəki ulduzlar ilə mütləq bir əlaqəsi var”.

Qeyd edək ki, “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” – “Real” cütünün qalibi olacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner