Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko uşaqlıq vaxtlarına təsadüf edən "Çernobıl faciəsi"ni xatırlayıb.
Qol.az xəbər verir ki, hadisə 1986-cı ilin aprel ayında Şevçenkonun yaşadığı yerdən təxminən 200 kilometr kənarda - Çernobıl şəhərindəki Atom Elektrik Stansiyasında 4-cü enerji blokunda partlayış nəticəsində baş berib. Şevçenko isə həmin zaman 9 yaşında olub. Mütəxəssis "Corriere Della Sera"ya açıqlamasında faciə haqqında deyib:
"10 yaşım var idi. Hər yerdə futbol oynayanda dəli kimi əylənirdim. Məni "Dinamo"nun (Kiyev) akademiyasına qəbul etdilər. Sonra 4 ədəd reaktor partladı. Hamımızı apardılar. Hələ də ağrı hiss edirəm. SRRİ-dən avtobuslar gəldi və 6-15 yaş arası bütün uşaqları apardı. Evimizdən 1.500 kilometr uzaqlıqda idim. Xatırlayıram ki, yaşadıqlarım bir filmdə baş verənlər kimi idi. Məhəlləmdən getdikcə uzaqlaşırdım. Kiyevdə bir neçə dostum var idi. Onlar radiasiyadan yox, narkotik, içki və silah səbəbindən öldülər. SSRİ-də problemlər böyüyürdü. Bildiyiniz kimi, dünya çökürdü. Bütün insanlar kimi dostlarım da artıq heç nəyə inanmırdı. Hamısı yoxa çıxdı. Məni xilas edən isə yalnız ailəm və futbol sevgim oldu".
Qeyd edək ki, sözügedən faciədən 35 il ötüb. Lakin hələ də 4-cü reaktor binasının radiasiya yayma riski var. Bunun 2065-ci ilədək davam edən işlər sayəsində aradan qaldırılması planlaşdırılır. "Çernobıl faciəsi" nəticəsində 2 milyon 600 min nəfər zərər görüb.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı