Honda "Neftçi"də ilk rəsmi qolunu vurdu - Video

Honda "Neftçi"də ilk rəsmi qolunu vurdu - Video
XƏBƏR 3 May 2021 / 19:36 3705
-  A +

Yarımmüdafiəçi Keysuke Honda "Neftçi" ilə rəsmi matçlarda ilk qolunu vurub.

Qol.az xəbər verir ki, yaponiyalı futbolçu Azərbaycan Premyer Liqasının 25-ci turunda hazırda davam edən "Keşlə" ilə oyunda komandasının ikinci qolunun müəllifi olub. 34 yaşlı oyunçu 74-cü dəqiqədə fərqlənib.

Qeyd edək ki, K.Honda martın 15-i "Neftçi" ilə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.



Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner