Levandovski İngiltərə klubuna keçə bilər

Levandovski İngiltərə klubuna keçə bilər
XƏBƏR 3 May 2021 / 15:18 3386
-  A +

"Bavariya"nın futbolçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun meneceri Münhen təmsilçisi ilə yeni müqavilə imzalanması üçün danışıqlar aparır.

Lakin tərəflər razılığa gəlməsə, Levandovski İngiltərə klublarından birinə keçəcək. Onunla "Real"ın yaxından maraqlandığı haqda məlumatlar da yayılıb.

Qeyd edək ki, polşalı oyunçu bu mövsüm Bundesliqada 26 matçda 36 qol vurub.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner