"Çelsi" - "Real" matçı italyanlara tapşırıldı

"Çelsi" - "Real" matçı italyanlara tapşırıldı
XƏBƏR 3 May 2021 / 13:59 1613
-  A +

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Çelsi" - "Real" matçına hakim təyinatları açıqlanıb.

Qol.az xəbər verir ki, görüşü Daniele Orsatonun rəhbərlik etdiyi İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt köməkçiləri qismində Alessandro Callatini və Fabiano Pretti kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə David Massa yerinə yetirəcək. VAR hakimi Marko Quida olacaq.

Qeyd edək ki, mayın 5-də keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner