Mbappe "Mançester Siti" ilə oyunu buraxa bilər

Mbappe "Mançester Siti" ilə oyunu buraxa bilər
XƏBƏR 3 May 2021 / 12:06 1496
-  A +

PSJ-nin bir neçə gün əvvəl zədələnən hücumçu Kilian Mbappe hələ də komanda ilə məşq edə bilmir.

Qol.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Zədə səbəbindən Liqa 1-in “Lans”la matçını buraxan 22 yaşlı hücumçunun Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab matçında iştirak etməsi də gözlənilmir.

Mayın 4-də keçiriləcək “Mançester Siti” – PSJ oyunu saat 23:00-da start götürəcək. Komandalar arasında Parisdə keçirilən ilk oyunda “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner